Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2019 13:45
  • A-
  • A
  • A+

Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti müzakirə olunub

Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti müzakirə olunub

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında məruzə ilə çıxış edib.  

Tədbirdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev rəhbərlik etdiyi universitetin alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanlarının geniş olduğunu söyləyib, elmi-tədqiqatların inkişafında birgə əməkdaşlığın vacibliyini qeyd edib. Bu sahədə akademik F.Əliyevin böyük təcrübəyə malik olduğunu deyən rektor seminarın AzTU alimlərinin gələcək fəaliyyətlərinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra F.Əliyev məruzə ilə çıxış edərək Azərbaycanda elmi jurnalların “Clarivate Analytics”in genişlənmiş siyahısına daxil olması yollarından danışıb. Alim “Applied and Computational Mathematics” jurnalı barədə ətraflı məlumat verib, “Web of Science” kateqoriyalı jurnallarda Azərbaycan alimlərinin də məqalələrinin dərc olunması imkanlarından bəhs edib.

Qeyd edib ki, riyaziyyat, kimya, neft tədqiqatları sahəsində “Clarivate Analytics”in siyahısına daxil olan jurnallar kifayət qədər olsa da, humanitar, sosial və siyasi elmlər sahəsində cəmi bir jurnal bu sistemə daxildir. 

Məruzə ətrafında müzakirələr aparılıb, F.Əliyev seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: