Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2020 16:10
  • A-
  • A
  • A+

“Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirilib

“Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanası və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının birgə təşkilatçılığı ilə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirilib.

Tədbiri Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb, dövlətin gənclərə qayğısından bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar açır.

Tamella Əsgərova vurğulayıb ki, muxtar respublikada gəncləri kitabxanalara cəlb etmək, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq üçün hər cür şəraitə malik zəngin kitabxanalar yaradılıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış “Oxunması zəruri olan kitablar haqqında” sərəncamın əhəmiyyətini qeyd edərək, “Kitablar tozlanmasın” layihəsinin və digər tədbirlərin gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu bildirib.

Konfransda, həmçinin muxtar respublika ərazisindəki kitabxanalarda mütəmadi kitab sərgilərinin təşkil edildiyi, yerli şair və yazıçılarla görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyevanın “Gənc nəslin formalaşmasında kitabxanaların rolu”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasında yaradılmış elektron kitabxanalar”, Naxçıvan Muxtar Respublika Kitabxanasının şöbə müdiri Nərmin Allahverdiyevanın “Müasir gəncliyin pozitiv özünütəsdiqi: dəyərli istiqamətlərin və sosial təcrübələrin formalaşmasında kitabxanaların rolu” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: