AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamına əsasən, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan magistrantlar üçün distant tədrisə başlanılıb.
Hazırda institutda 15 magistrant, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1, o cümlədən II kursda “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsində 3, rus bölməsində 1, “Biokimya” ixtisası üzrə isə 2 magistrant təhsil alır.
İnstitutda tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzuların tədrisini elektron telekоmmunikasiya vasitələri əsasında həyata keçirir. İnstitut rəhbərliyi keçilən dərslərə onlayn rejimdə birbaşa qoşularaq nəzarət edir. Eyni zamanda, professor-müəllim heyəti tərəfindən hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) elektron formatda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.