Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ayda baş verən partlayışların tədqiqi üçün yeni rəsədxana fəaliyyətə başlayıb
07.05.2020 10:47
  • A-
  • A
  • A+

Ayda baş verən partlayışların tədqiqi üçün yeni rəsədxana fəaliyyətə başlayıb

Birləşmiş Ərəb Əmirliklərində Avropa Kosmik Agentliyinin meteoritlərin Ayın səthi ilə toqquşmasını öyrənən NELIOTA layihəsi üzrə yeni rəsədxana fəaliyətə başlayıb. Sayca ikinci olan bu rəsədxana əldə olunan məlumatların dəqiqliyi ilə seçilir.

İndiyədək Ayla meteoritlərin toqquşmasını Yunanıstanda yerləşən Krioneri Rəsədxanaları müşahidə edirdi. Yeni Ay rəsədxanası bu yaxınlarda baş vermiş və Yunanıstandakı rəsədxananın qeydə aldığı partlayışı müəyyən edə bilib. Belə ikiqat müşahidə əldə olunmuş məlumatların dəqiqliyinə zəmanət verir.

popmech.ru saytının məlumatına görə, Yer kürəsi və Ay kifayət qədər yaxın olduğundan eyni kosmik cisimlərin “hücumuna” məruz qalırlar. Rəsədxanaların Ayda müşahidə etdiyi partlayışlar Yer kürəsinə daim düşən kosmik daşların Ayın səthinə də düşməsi ilə meydana çıxır.

  • Paylaş: