Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Pişiklərin bir-birilərini koronavirusa yoluxdura bildikləri məlum olub
15.05.2020 10:52
  • A-
  • A
  • A+

Pişiklərin bir-birilərini koronavirusa yoluxdura bildikləri məlum olub

Lakin alimlər insanın ev heyvanlarından yoluxma ehtimalının olub-olmadığına əmin deyillər.

ABŞ-da laboratoriya tədqiqatları təsdiq edib ki, koronavirus ev pişikləri arasında ötürülə bilər. Eyni zamanda, SARS-CoV-2 virusunun heyvan-daşıyıcıları orqanizmdə infeksiyanın mövcudluğuna dair heç bir simptom göstərmir, bu isə xəstəliyin diaqnostikasını çətinləşdirir.

popmech.ru saytının məlumatına görə, ABŞ-ın Viskonsin Universitetinin Baytarlıq Tibbi Məktəbinin mütəxəssisləri heyvanlar arasında infeksiyanın ötürülməsi imkanı haqqında fərziyyəni yoxlamaq üçün sınaqlar keçiriblər. Bunun üçün 3 pişiyi koronavirusa yoluxdurublar, sonra xəstə pişiklərdən hər birini sağlam heyvanla birlikdə saxlayıblar. Beş gün sonra koronavirus hər üç sağlam pişikdə aşkar edilib.

Baytarlar ev heyvanlarının öz sahiblərini yoluxdura biləcəyinə dair heç bir sübuta malik deyillər. Lakin “New England Journal of Medicine” jurnalında nəşr olunmuş tədqiqat işində alimlər ev heyvanları vasitəsilə insanlar arasında koronavirusun yayılması imkanının ətraflı tədqiq olunmasına ehtiyac duyulduğunu bildirirlər.

  • Paylaş: