Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Britaniyada COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb
22.05.2020 12:31
  • A-
  • A
  • A+

Britaniyada COVID-19 əleyhinə peyvəndin istehsal olunacağı vaxt açıqlanıb

Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq şirkəti testlərin nəticələri müsbət olacağı təqdirdə Oksford Universiteti ilə birgə hazırladığı COVID-19 infeksiyası əleyhinə vaksinin kütləvi istehsalına sentyabr ayında başlamağı planlaşdırır.

wftv.com saytı xəbər verir ki, şirkət azı 400 milyon vaksinin çatdırılması üzrə ilk müqaviləni imzalayıb, həmçinin milyard doza hazırlamaq üçün şərait yaradıb. “AstraZeneca” 2020-ci ilin sentyabrında ilk çatdırılmaları həyata keçirmək niyyətindədir.

“Koronavirusa qarşı vaksinin hazırlanması və istehsalı prosesinin sürətləndirilməsi üçün göstərdiyi dəstəyə görə ABŞ və Böyük Britaniya hökumətlərinə minnətdarıq. Vaksini tezliklə hazırlamaq və onu əlçatan etmək üçün əlimizdən gələni edəcəyik”, – deyə şirkət rəhbəri Paskal Soriot bildirib.

ABŞ hökuməti koronavirus əleyhinə peyvəndin hazırlanması üçün “AstraZeneca”ya bir milyard dollardan çox vəsait köçürüb.

Qeyd edək ki, İngiltərədə keçirilən klinik sınaqların ilk mərhələsinin nəticələri iyun ayında bəlli olacaq. Uğurlu alınacağı təqdirdə sınaqlar digər ölkələrdə də davam edəcək. Plana görə, sentyabr ayında 30 milyon britaniyalı, yəni Birləşmiş Krallıq əhalisinin təxminən yarısı vaksin əldə edə biləcək.

  • Paylaş: