Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dendrologiya İnstitutunun əməkdaşları zərərverici həşəratlar üzərində tədqiqat aparırlar
03.06.2020 11:08
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları zərərverici həşəratlar üzərində tədqiqat aparırlar

AMEA-nın Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının elmi işçiləri Elman Yusifov və Nigar Yusifova Abşeron yarımadasının bağ və parklarında təbii və mədəni bitkilərdə rast gəlinən zərərverici həşəratlar üzərində tədqiqatlar aparırlar. Tədqiqatlar zamanı 4 növ həşərat aşkar edilib, onların təsnifatı, bioekoloji xüsusiyyətləri müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, qeyd edilən ərazidə əsasən Scarabaeidea fəsiləsinə aid 4 növ lövhəbığ böcəyə rast gəlinir. Bunlar Zolaqlı xırıldaq (Blitopertha lineata), Qızılı parıldaq (Cetonia aurata), Zaqafqaziya mayböcəyi (Melolontha pectoralis) və Çilli maralça (Oxythyrea funesta) böcəkləridir.

Bu həşəratlar ən çox mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinin nümayəndələrinə ziyan vurur. Tədqiqatlar zamanı müəyyən edilib ki, Qızılı parıldaq Ənginarkollarına, Zolaqlı xırıldaq Gülümbahar bitkisinin çiçəklərinə, Zaqafqaziya mayböcəyi və Çilli maralça isə gözəl qaylardiya, taclı qızılçətir, adi turacotu, duzlaq asteri bitkilərinin çiçəklərinə, itburnu və qızılgül kollarına ziyan vurur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: