Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası artıq hamı üçün əlyetərlidir
17.06.2020 11:16
  • A-
  • A
  • A+

“İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası artıq hamı üçün əlyetərlidir

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İsmayıl Calallının müəllifi olduğu “İnformatika terminlərinin izahlı lüğəti”nin elektron versiyası institutun rəsmi  www.ict.az veb-saytında yerləşdirilib. Qurumun rəhbərliyi yüksək oxucu tələbatını nəzərə alaraq, hər kəsin bu lüğətdən sərbəst istifadə etməsi üçün imkan yaradıb.

Azərbaycan dilinin qorunması və İKT üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan, çoxillik gərgin araşdırmaların nəticəsi olan nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.

Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.

Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda Azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.

Kitab müəllimlər, tələbələr, elmi tədqiqatçılar, İKT mütəxəssisləri, bütövlükdə, informasiya cəmiyyətinin üzvləri üçün nəzərdə tutulub.

Lüğəti bu link vasitəsilə yükləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: