Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada koronavirusa qarşı hazırlanan peyvənd iki il təsir göstərəcək
23.06.2020 12:17
  • A-
  • A
  • A+

Rusiyada koronavirusa qarşı hazırlanan peyvənd iki il təsir göstərəcək

Koronavirus infeksiyasına qarşı Rusiya Müdafiə Nazirliyi ilə birgə hazırlanmış peyvənd iki ildən artıq müddətdə təsir göstərəcək.

ria.ru saytı xəbər verir ki, bu barədə N.F.Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Ginzburq bildirib. Onun sözlərinə görə, preparat virusda zülalı kodlaşdıran genləri çatdıran adenavirus konteynerlərindən istifadə edir. Bu peyvənd insanı azı iki il müddətinə koronavirusa yoluxmadan qoruyacaq.

Akademik A.Ginzburq vurğulayıb ki, Rusiya əhalisini peyvənd etmək üçün 7 milyon doza peyvənd istehsal olunmalıdır. Hazırda ölkədə preparatın kütləvi istehsalına hazırlıq işləri görülür.

Peyvəndin kliniki sınaqlarının iyulun 8-də başa çatması gözlənilir.

  • Paylaş: