Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Fəlsəfə və Hüquq İnstitutunda hüquqi dövlət quruculuğunun aktual problemləri müzakirə olunub
24.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunda hüquqi dövlət quruculuğunun aktual problemləri müzakirə olunub

AMEA Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosial və hüquqi təhlil və proqnozlaşdırma” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Öncə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.

Beynəlxalq konfransda bu elm müəssisəsinin direktoru, fəlsəfə üzrə elmlər doktoruİlham Məmmədzadə çıxış edərək hüquqi dövlətlə bağlı ideyalardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi modernləşdirmə siyasətindən danışıb. O, cəmiyyətdə hüquqi maariflənməyə, proqnozlaşdırma məsələsi ilə əlaqədar alimlərin birgə metodoloji işlər aparmasına ehtiyac olduğunu söyləyib.

Türkiyənin Melikşah Universitetinin Hüquq fakültəsinin dekanı, professor Murad Şen “Hüquqi dövlət quruculuğunda sosial-təminat hüququ və Türkiyə nümunəsi” mövzusunda çıxış edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Şahin Əliyev öz məruzəsində sahibkarlığın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı problemlərdən bəhs edib.

Daha sonra professor İlham Rəhimovun “Ölüm cəzası və əxlaq” mövzusunda məruzəsi və digər məruzələr dinlənilib.

Beynəlxalq konfrans işini oktyabrın 24-də davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: