Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Sinqapurda insanlara koronavirusla mübarizə məqsədilə qurğular paylanılır
01.07.2020 12:32
  • A-
  • A
  • A+

Sinqapurda insanlara koronavirusla mübarizə məqsədilə qurğular paylanılır

Sinqapur vətəndaşlarına koronavirus infeksiyasına yoluxanlarla potensial kontaktların izlənilməsi üçün xüsusi cihazların verilməsinə başlanılıb. “Bluetooth” vasitəsilə işləyən cihaz yaxınlıqdakı analoji qurğular, eləcə də “TraceTogether” proqramına malik smartfonlarla siqnal mübadiləsi edir.

Hökumət nümayəndələrinin sözlərinə görə, qurğu mobil şəbəkələrə qoşulmur və istifadəçinin “GPS” koordinatlarını müəyyənləşdirmir. Məlumatlar isə yalnız “Bluetooth”un əhatə dairəsi çərçivəsində göndərilir. Onun vasitəsilə toplanan bütün informasiya 25 günədək şifrlənmiş şəkildə saxlanıldıqdan sonra avtomatik ləğv edilir.

vesti.ru saytının məlumatına əsasən, ilk qurğular əvvəlcə qohumlarından uzaq yaşayan yaşlılara paylanılıb. Cihazın batareyası 9 aylıq iş üçün nəzərdə tutulduğundan onun təkrar enerji ilə doldurulmasına ehtiyac qalmır.

Bildirilir ki, insanın “COVID-19”a yoluxanlarla yaxın təmasda olması müəyyənləşən zaman onunla tibb işçiləri əlaqə saxlayır. İstifadəçiyə müsbət “COVID-19” test diaqnozu qoyulduqda isə onun qurğusu məlumatların götürülməsi üçün səhiyyə xidmətinə təqdim ediləcək.

  • Paylaş: