Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ölkəmizdə koronavirus pandemiyasına qarşı Prezident İlham Əliyevin çevik siyasəti
29.07.2020 12:15
  • A-
  • A
  • A+

Ölkəmizdə koronavirus pandemiyasına qarşı Prezident İlham Əliyevin çevik siyasəti

Öz ölkəsində yaşayan vətəndaşlarının sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin düzgün siyasəti nəticəsində Azərbaycan koronavirus pandemiyasından indiyədək az itki ilə çıxan ölkələrdən biridir. Respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini əsas vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına diqqəti məhz bu sahəyə yönəltməyi tapşırıb. 

Qeyd edək ki, dövlət başçısı, eyni zamanda, sosial şəraitin qorunması, işsizliyin səviyyəsinin aşağı salınması, özünüməşğulluğun təmin olunması ilə bağlı 2020-ci il 19 mart tarixli müvafiq sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Həmin Planda ölkədə məşğulluq məsələlərinə pandemiyanın mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün həyata keçiriləcək məqsədəuyğun tədbirlər yer alıb. Prezidentin təşəbbüsü ilə həm də pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əmək haqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Bu kateqo­riyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alıb. Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Bir daha təsdiq olunur ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 

Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqılarının qorunmasına da ciddi nəzarət edilir. Həmçinin işsiz insanlar qeydiyyata alına­raq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində  birdəfəlik ödəmə verilir. Dövlətimizin həssas qrupdan olan təbəqəyə qayğısı məsələsinə gəlincə qeyd etməliyik ki, tənha, ahıl şəxslərə evlərində sosial xidmət göstərilir, o cümlədən əlilliyi olan insanlar diqqətdə saxlanılır və həssas əhali qrupuna aid ailələrin övladlarının təhsil haqqı dövlət hesabına ödənilir. Şübhəsiz ki, bütün bunlar ölkə rəhbərinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xa­nım Əliyevanın bu vi­rusun Azərbaycanda yayılmasının qarşı­sının alınması sahəsində vaxtında həssas münasibət, böyük diqqət göstərmələrinin parlaq ifadəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz koronavi­rus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanla­rın sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər həyata keçi­rməkdə davam edir.

Biz koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün həmrəylik, birlik göstərməli və ölkəmizə dəstək olmalıyıq. Yalnız bu halda infeksiyanın qarşısını ala bilərik. Ümid edirik ki, tez bir zamanda koronavirusa qalib gələcəyik.

Günel Qurbanova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Tərcümə, nəşr və informasiya şöbəsinin baş mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: