Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çində havanın çirklənməsi mənbələrinin izlənməsi üçün monitorinq aləti hazırlanıb
29.07.2020 12:48
  • A-
  • A
  • A+

Çində havanın çirklənməsi mənbələrinin izlənməsi üçün monitorinq aləti hazırlanıb

Çin tədqiqatçıları atmosferin çirklənməsi mənbələrinin monitorinqi üçün mobil spektometr yaradıblar. Tədqiqatın nəticələri “Environmental Pollution” jurnalında dərc edilib.

Bu barədə Çin Elmlər Akademiyasının Hefey Fizika İnstitutu bəyan edib.

Ozonun və havada asılı vəziyyətdə olan PM2.5 hissəciklərinin əsas komponenti uçucu üzvi birləşmələrdir (UÜB). Buna görə də, havanın çirklənməsinə nəzarət etmək üçün ÜUB tullantılarının mənbələrinin izlənməsi zəruridir. Lakin şəhər şəraitində adi laboratoriya avadanlıqlarının və ya portativ sensorların köməyi ilə ÜUB mənbələrinin izlənməsi zaman və məkan baxımından çətindir.

Hefey Fizika İnstitutundan olan tədqiqatçılar yeni monitorinq aləti yaradıblar. Bu aləti nəqliyyat vasitəsində quraşdırmaqla ÜUB mənbələrini real zaman rejimində izləmək mümkündür.

Yeni vasitə ÜUB haqqında məlumatı və nəqliyyat vasitəsinin olduğu yer barədə informasiyanı xüsusi proqram təminatı ilə emal etməyə imkan verir. Nəqliyyat vasitəsi hərəkətdə olduğu müddətdə bu məlumatlar real vaxt rejimində ÜUB-nin məkanda paylanmasını əks etdirir.

Yeni alət Şanxay şəhərində, Sıçuan və Futuzsyan əyalətlərində sınaqdan keçirilib.

  • Paylaş: