Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlaması
25.08.2020 11:49
  • A-
  • A
  • A+

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlaması

Sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Akademik İsa Həbibbəyli 18 avqust 2020-ci il tarixdə saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana getmiş, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olmuşdur. Məzuniyyət dövrünə aid olduğu üçün 24 avqustadək Naxçıvanda qalmışdır.

Qeyd edək ki, səfər müddətində akademik İsa Həbibbəyli Azərbaycan Ordusu tərəfindən fəth olunmuş Qızılqaya zirvəsində “N” saylı hərbi hissənin əsgərləri ilə görüşmüş və işğaldan azad edilmiş Günnüt kəndində olmuşdur. İsa Həbibbəyli, həmçinin nəvələri ilə birlikdə Əlincə qalasına səfər etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: