AMEA Rəyasət Heyəti Mərkəzi aparatının II xüsusi şöbəsində AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəislərinin iştirakı ilə növbəti seminar-məşğələ keçirildi.
Seminar-məşğələni giriş sözü ilə II xüsusi şöbəsinin rəisi Eldar Quliyev açaraq gündəlikdə olan məsələlər barədə məlumat verdi.
Fövqəladə hadisələr zamanı əməkdaşların mühafizəsi, rəhbər və komandir-rəis heyətlərinin, mülki müdafiə qüvvələrinin hazırlanması məqsədilə 2014-cü ilin noyabr ayında AMEA-nın 14 elmi müəssisə və təşkilatlarında Mülki müdafiə tədbirlər planına əsasən rəhbər heyətin MM məşqlərinin keçirildiyini nəzərə çatdırdı.
Məşq zamanı rəhbər və komandir-rəis heyətlərinin hərbiləşdirilməmiş dəstələrinin MM hazırlığı bir daha nəzərdən keçirilərək mövcud nöqsanların aradan qaldırılması üçün tədbirlər görüldüyü vurğulandı.
Daha sonra AMEA-nın elmi müəssisə və təşkilatlarında Mülki müdafiə işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli qərarına uyğun olaraq işlənib hazırlanması, ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, MM sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.