Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

REA-nın akademiki: "Sputnik V" vaksini kütləvi tətbiq olunmadan öncə dəqiqliklə öyrənilməlidir"
07.09.2020 12:31
  • A-
  • A
  • A+

REA-nın akademiki: "Sputnik V" vaksini kütləvi tətbiq olunmadan öncə dəqiqliklə öyrənilməlidir"

Rusiya Prezidenti Vladimir Putin avqustun 11-də koronavirusa qarşı dünyada ilk vaksinin qeydiyyatı haqqında məlumat vermişdi. Dövlət başçısının sözlərinə görə, "Sputnik V" peyvəndini qızı sınaqdan keçirib və onda temperaturun yüksəlməsi müşahidə olunub.

Medikforum.ru saytı xəbər verir ki, Rusiya Elmlər Akademiyasının (REA) akademiki, Mikrobiologiya, virusologiya və immunologiya kafedrasının rəhbəri Vitali Zverev bildirib ki, vaksinə qarşı prezidentin qızının reaksiyası arzuedilməzdir və neqativ nəticələrə səbəb ola bilər.

"Adətən vaksinin tətbiqi zamanı bu kimi arzu edilməyən reaksiyaya nadir hallarda rast gəlinir", - deyə alim bildirib.

O, qeyd edib ki, bu səbəbdən müalicə və ya spesifik profilaktika üçün kütləvi tətbiq edilməsi nəzərdə tutulan istənilən preparat dəqiqliklə öyrənilməlidir.

  • Paylaş: