Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin moderator.az saytında AMEA-nın Dilçilik İnstitutundakı Qaynar xətlə bağlı yazısına cavab olaraq AMEA Nəsimi adına Dilçilik İnstitutu bildirir:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldıqdan sonra institutdakı Qaynar xətdə çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad edilərək bu qurumda işə başlayıblar. Bu səbəbdən, həm də pandemiya dövründə xüsusi bir zəruriyyət olmadığına görə Qaynar xətt aktiv fəaliyyət göstərməyib. Həmçinin Qaynar xətt avadanlıqları yerdəyişmə ilə əlaqədar olaraq başqa otağa keçirilib. Qaynar xəttin avadanlıqları hazırda institutun Monitorinq şöbəsindədir və bu avadanlıqlar üzərində müəyyən texniki quraşdırma işi aparılır. Sabahdan Qaynar xətt öz aktiv fəaliyyətini davam etdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.