Hörmətli oxucular!
Müxtəlif saytlarda AMEA-nın Dilçilik İnstitutu ilə bağlı, konkret olaraq, Monitorinq şöbəsi və onun nəzdində olan “Qaynar xətt”in fəaliyyəti ilə əlaqəli tənqidi yazılar dərc olunmuşdur.
Tərəfimizdən onların hər birinə cavablar göndərilmişdir. Cavablarda mövcud reallıq öz əksini tapmışdır. Reallıq isə bundan ibarətdir ki, Operativ Qərargahın qərarlarına əsasən, pandemiya dövründə tətbiq edilən davamiyyət rejimi əməkdaşların tam olaraq işə gəlməyinə yol vermədiyi üçün “Qaynar xətt”in aktiv işləməsi mümkün olmamışdır. Bildiririk ki, pandemiya şərtlərinin yumşaldılması ilə paralel olaraq və yenidən texniki quraşdırma işləri aparılmaqla xəttin işi artıq bərpa edilmişdir.
Konkret suallarla bağlı “Qaynar xətt”ə müraciət etmək istəyənlər üçün xəttin nömrəsini bir daha xatırladırıq: 012 5380637
İmza: Monitorinq şöbəsinin müdiri Dos. Ruslan Abdullayev
“Qaynar xətt”in rəhbəri: Dos. Elçin İsmayılov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.