Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

02.06.2021 15:01
  • A-
  • A
  • A+

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər daxil olmaqda davam edir

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər daxil olmaqda davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən “Həqiqətin onomastikası: indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması” adlı kitab daxil olub.

Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması, bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə verdiyi tapşırığa uyğun olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə tərtib edilib.

Kitabda azərbaycanlılara qarşı erməni vandalizmi və erməni saxtakarlığı tarixi faktlarla və izahlı formada əks olunub.

Sözügedən kitab MEK-in yaxın günlərdə açılışı nəzərdə tutulan “Qarabağ müharibəsi qəhrəmanları fondu”na hədiyyə edilib.

Qeyd edək ki, fonda müxtəlif müəssisələrdən, müəlliflər tərəfindən kitablar daxil olmaqda davam edir. Bu yaxınlarda “Qələbə şəhidləri”, “Ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə etnosiyasi yanaşma” kitabları da daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: