Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2021 11:00
  • A-
  • A
  • A+

“COVID -19 və insanda immun xaosu” mövzusunda müzakirələr aparılıb

“COVID -19 və insanda immun xaosu” mövzusunda müzakirələr aparılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarda institutun Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova “COVID-19 və insanda immun xaosu” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatından alınan son məlumatlara görə, 14 iyun 2021-ci il tarixinə qədər dünya üzrə 174 milyon 918 min 667 nəfərdə koronavirus aşkarlanıb, bunlardan 3 milyon 782 min 490 nəfəri vəfat edib.

G.Əlibəyova koronaviruslar haqqında ümumi məlumat verərək, insan koronaviruslarının müsbət RNT zəncirli orta boylu viruslar olduğunu bildirib. O, virusa yoluxma mexanizmi və bu zamanı orqanizmdə baş verən proseslər haqqında ətraflı danışaraq hazırda xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları və müxtəlif vaksinlərdən bəhs edib.

Hazırki dövr üçün çox aktual olan sözügedən mövzu seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: