Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.06.2021 18:22
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda şuranın üzvləri və institutun şöbə müdirləri iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

Sonra akademik İsa Həbibbəyli “İlin alimi” nominasiyası üzrə diplomları Lütfiyyə Əsgərzadə və Rəhim Əliyevə təqdim edib, bu mükafata layiq görülən mərhum alim Teymur Əhmədovun diplomu isə ailə üzvlərinə təqdim olunacaq. İclasda, həmçinin Qurban Bayramova 75, Sevda Məmmədovaya isə 60 illik yubileyləri münasibətilə Fəxri fərman verilib.

“Şuşa bəyannaməsi” yeni reallığın əsasını qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə nitq söyləyib. Nitqində türk dünyasının böyük şəxsiyyətlərindən olan şairlərin yubileylərindən də bəhs edib. Bu ilin Türkiyədə “Yunus Əmrə ili” elan edilməsi təsadüfi deyil. Biz də bu işlərdə öz dəstəyimizi göstərməliyik”, - deyə akademik İsa Həbibbəyli bildirib. Bundan əlavə, “Yunus Əmrə ili” və “Nizami ili” ilə bağlı Akademiyada görülmüş işlər haqqında ətraflı məlumat verib. Çap olunan əsərlər içərisində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun və Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin kitablarını xüsusilə vurğulayıb. Oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin III cildində Yunus Əmrəyə ilk dəfə ayrıca oçerk həsr edildiyini diqqətə çatdırıb.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yunus Əmrə tədbirləri və  Yunus Əmrə “Divanı”nın çapa hazırlanması haqqında professor Feyzi Ersoy və dosent Xuraman Hümmətova məlumat veriblər. Eyni zamanda oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin V-X cildlərinin çapa hazırlanması haqqında İslam Qəribov, Şirindil Alışanov, Rəhim Əliyev, Nikpur Cabbarlı iştirakçıları məlumatlandırıb. Filologiya elmləri doktorları Vaqif Yusifli “Ədəbi proses-2020” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti və Tahirə Məmməd “Fizika və lirika” konfransının keçirilməsinə hazırlığın vəziyyəti haqqında, dosent Zəhra Allahverdiyeva isə “Nizami Gəncəvi ensiklopediyası” barədə çıxış edib.

İclasda institutun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantların elmi məsləhətçi və rəhbərlərinin dəyişdirilməsi haqqında Təhsil şöbəsinin müdiri Samir Səttarov təklifləri səsləndirib.

Sonda müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli gündəlikdəki digər elmi-təşkilati və çap məsələlərini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: