Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.06.2021 12:33
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

AMEA-nın Dendrologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Rəsulova iştirakçılara şuranın yeni tərkibi barədə məlumat verib.

Tədbirdə şuranın tərkibində dəyişiklik edilib, 35 yaşa kimi olan gənc tədqiqatçılar şura tərkibinə daxil edilib. Müəssisənin 2020-2021-ci il üzrə doktorant və dissertantları şuraya təqdim edilib. Üzvlər yerli, beynəlxalq jurnal və konfranslarla əlaqədar olaraq məlumatlandırılıb. Bundan başqa, yeni üzvlər AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalı ilə tanış olublar.

Qeyd edək ki, Dendrologiya İnstitutunda 22 nəfər gənc tədqiqatçı fəaliyyət göstərir. Onlardan 1 nəfəri fəlsəfə doktoru, 3 nəfəri doktorant, 6 nəfəri isə dissertantdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: