AMEA-nın Mərkəzi Elmi Kitabxanasına tarixçi, şərqşünaslar, dissertantlar, məktəbəqədər müəssisələrin praktik işçilərinin istifadəsi üçün nəzərdə tutulan nəşrlər və dərs vəsaitləri daxil olub.
Sözügedən nəşrlər sırasında “Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)”, “Tovuzçay nekropolu”, “Səfəvilər I. Şeyx Səfiəddin Ərdəbili”, “Orta əsr memarlığında Şirvanşahlar sarayı”, “Folklor və mifologiya: müasir komparativistika yönündə tədqiqlər”, “Həyatı ilə əbədi şöhrət qazanan sərkərdə”, “Fəlsəfədən mühazirələr konsepti”, “Məktəbəqədər təhsilin inkişaf tarixi”, “Məktəbəqədər pedaqogika tarixində metodoloji yanaşmalar”, “Ümumtəhsil məktəblərində musiqi tədrisi və tərbiyəsi metodikası”, “Azərbaycan uşaq mahnıları və musiqi mədəniyyəti”, “Musiqi tədrisi metodikası” və s. kitablar var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.