Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.09.2021 14:22
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın fondlarına yeni nəşrlər daxil olmaqda davam edir

Mərkəzi Elmi Kitabxananın fondlarına yeni nəşrlər daxil olmaqda davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları daxil olan nəşrlərlə daha da zənginləşir.

Belə ki, cərrah mama-ginekoloq, T.E.N. Dr. Rəna Qədimova tərəfindən MEK-ə 34 adda dəyərli kitablar hədiyyə olunub. Təqdim olunan vəsaitlər ali tibb müəssisələrinin tələbələrinin istifadəsi üçün nəzərdə tutulub. Dərs vəsaitləri ginekologiya, cərrahiyyə, müalicə və s. kimi tibbin müxtəlif sahələrini əhatə edir. Onlardan akademik B. V. Petrovskinin redaktorluğu ilə 1988-ci ildə çapdan çıxan, 29 cildli “Большая медицинская энциклопедия” (III nəşr) praktiki, elmi və pedaqoji fəaliyyətlə məşğul olan həkimlərin marağına səbəb olacaq elmi istinad nəşridir.

Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsi tərəfindən hədiyyə olunan 100-dən artıq nəşr Azərbaycan və xarici dillərdə olmaqla elmin müxtəlif sahələrini əhatə edir. Nəşrlər arasında Azərbaycan Elmlər Akademiyasının 1991, 1992, 1994, 1995, 1998, 1999-cu illərdəki fəaliyyəti haqqında hesabat jurnalları, eləcə də AMEA aspirantlarının (2004 və 2008-ci illər) elmi konfransının materiallarının toplandığı jurnallar diqqətəlayiqdir.

Məlumat üçün bildirək ki, təqdim olunan bütün nəşrlər e-kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş şöbəsi tərəfindən rəqəmsallaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: