Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.09.2021 17:39
  • A-
  • A
  • A+

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Qarabağ müharibəsi qəhrəmanları” fonduna dəyərli nəşrlər daxil olmaqda davam edir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş “Zəfər salnaməsi” adlı kitabda həmin ərəfədə baş verən proseslər, müharibənin gedişatı günbəgün xronika formatında izlənilir. Azərbaycan, ingilis və rus dillərində tərtib edilən bu nəşr müharibəni tam şəkildə təqdim etmək üçün 3 hissəyə bölünüb: “Ərəfə”, “Vətən müharibəsi”, “Qayıdış”.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə dəyərli xidmətləri ilə müstəqil Azərbaycan Respublikasına sədaqətlə xidmət etmiş, türk dünyasının fəxarət ünvanına çevrilmiş şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun gələcək nəsillərə örnək olacaq ömür yolundan bəhs edən Hikmət Xudiyevin (Cəmilzadə) “Milli qəhrəman Polad Həşimov” (2021) adlı kitabı da fonda daxil olan nəşrlər sırasındadır.

“Kəndimizin qırx dörd günü” (2021) adlı kitabda müəllif Eldəniz Qədirov 44 gün çəkən Vətən müharibəsində bir kəndin, yəni öz kəndlərinin timsalında müharibə dəhşəti və ağrılarını qabarıq şəkildə göstərə bilib.

İkinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Gəncədə törədilmiş terror aktı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Gəncəyə səyahət” kitabı Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ədliyyə generalı, Qarabağ müharibəsi veteranı Akif Rəfiyev, tarix elmləri doktoru Sevinc Əliyeva və tarix üzrə fəlsəfə doktoru, dosent Mehriban Əliyeva tərəfindən tərtib olunub.

Bundan əlavə, “Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnalının 49-cu sayı da fonda daxil olan nəşrlər sırasındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: