Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2021 12:42
  • A-
  • A
  • A+

ABŞ-ın Missuri Universitetinin professoru Seysmoloji Mərkəzdə olub

ABŞ-ın Missuri Universitetinin professoru Seysmoloji Mərkəzdə olub

Azərbaycanda səfərdə olan ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol sentyabrın 15-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən müzakirələrdə mərkəzin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib. 

Görüşdə 2017-ci ildən bəri ölkəmizdə Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin iştirakı ilə birgə həyata keçirilən “Qafqaz kəsilişi” layihəsi üzrə işlərin gedişatı, eləcə də layihə çərçivəsində quraşdırılmış müvəqqəti stansiyaların fəaliyyəti və əldə olunmuş məlumatların yüksək texnologiyalı proqramlar vasitəsilə emalına dair məsələlər müzakirə edilib.

Erik Sandvol, həmçinin məlumatların emalı və Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair Zəlzələ ocaqlarının dinamikası şöbəsi tərəfindən görülmüş işlərlə tanış olub, əldə olunmuş məlumatların emalına dair mərkəz əməkdaşları üçün təlim keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: