Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2021 12:23
  • A-
  • A
  • A+

Ərtoğrol Cavidin Nizaminin sözlərinə bəstələdiyi romansın not yazısının əlyazmasının surəti təqdim olunub

Ərtoğrol Cavidin Nizaminin sözlərinə bəstələdiyi romansın not yazısının əlyazmasının surəti təqdim olunub

Bu günlərdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları Milli Musiqi Günü və Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Məqbərəsi Kompleksi filialının Gəncə Regional Mədəniyyət İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə iştirak edib.

Dahi şairin məqbərəsi önündə keçirilən toplantıda Hüseyn Cavidin istedadlı övladı, Üzeyir Hacıbəyli və Bülbül kimi dahi musiqiçilərdən dərs alan Ərtoğrol Cavidin Nizami Gəncəvinin “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrası ilə başlayan qəzəlinə bəstələdiyi “Yar gəlmiş idi” romansının not yazılarının avtoqraf əlyazmasının surəti də ictimaiyyətə təqdim olunub. Əsər haqqında məlumat verilərkən bildirilib ki, romans Nizaminin eyniadlı qəzəlinin Cəfər Xəndan tərcüməsi əsasında 1941-ci ildə bəstələnib. Bəstənin ilk ifaçısı isə Əməkdar incəsənət xadimi Rauf Adıgözəlov olub.

Qeyd edək ki, tədbir zamanı təşkil olunmuş sərgidə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşrə hazırlanan “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı da nümayiş etdirilib və iştirakçıların böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: