AMEA-nın İqtisadiyyat İnstitutunun Post-Konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Akif Musayev İctimai TV-nin "Diqqət Mərkəzi" proqramının qonağı olub.
Verilişdə 16-17 sentyabr 2021-ci il tarixində Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Verilişə aşağıdakı linkdə baxa bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.