AMEA-nın Şəki Regional Elmi Mərkəzi (Şəki REM) tərəfindən “Şəhidlər unudulmur” adlı aksiya təşkil edilib.
27 sentyabr - Anım Gününə həsr olunan aksiya Şəki REM-də nəzərdə tutulmuş tədbirlər çərçivəsində həyata keçirilib.
Tədbir Şəki REM-in Həmkarlar Təşkilatının, Gənc Alim və Mütəxəssislər Şurasının, Qadınlar Şurasının və YAP-ın yerli təşkilatının üzvlərinin iştirakı ilə reallaşdırılıb.
Aksiya çərçivəsində əməkdaşlar Şəki rayonunda yaşayan bir qrup şəhid ailəsinə baş çəkib, onların problemləri ilə maraqlanıb, məktəbəqədər və məktəb yaşlı şəhid övladlarına müxtəlif hədiyyələr, məktəbli çantaları və ləvazimatlar təqdim ediblər.
Bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.