Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2021 15:02
  • A-
  • A
  • A+

Tarix Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib

Tarix Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri elmi həftəsi” çərçivəsində növbəti tədbir Milli Azərbaycan Tarixi Muzeyində baş tutub.

Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri açan muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov Vətən müharibəsinin Azərbaycanın müasir tarixində yeri və rolu haqqında danışıb.

Çıxış edən muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Vətən müharibəsinin qazilərini salamlayaraq, xalqımızın daim onlara borclu və minnətdar olduğunu vurğulayıb. N.Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsinin tarixinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışaraq, muzeydə 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradıldığını, həmçinin ölkədə ilk dəfə olaraq 44 günlük müharibənin tarixini əks etdirən sərginin açıldığını bildirib.

Daha sonra çıxış edən qazilər ehtiyatda olan polkovnik-leytenant Vüqar Yadigarov, ehtiyatda olan kapitan Taleh Əliyev, kapitan Anar Məmmədov, baş gizir Elgiz Mehdiyev keçdikləri döyüş yolu, ordumuzun döyüşlər zamanı göstərdiyi misilsiz rəşadət və qəhrəmanlıq haqqında danışıblar.

Sonda qazilər muzeydə təşkil edilən “Anadır arzulara hər zaman Qarabağ” sərgisi ilə tanış oldular. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: