Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda fəaliyyət göstərən soydaşlarımızın təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbir vətən uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Yığıncaqda çıxış edən BNTİ-nin əməkdaşı Mətləb Mirzəyev Vətən müharibəsi dövründə xalqımızın Ali Baş Komandan ətrafında sıx birləşərək doğma torpaqlarımızı erməni silahlı qüvvələrindən azad etdiyini, ordumuzun misilsiz qəhrəmanlıq göstərdiyini söyləyib.
Tədbir iştirakçıları Azad Əhmədov, Fuad Əliyev, Səbuhi Nuriyev, Ramil Əkbərov, Rafael İsayev, Asif Nəbiyev, Faiq Əhmədov, Asif Əsədov, Elmar Əsgərov və Çex Respublikasınının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan əməkdaşı, soydaşımız Fadahat Mamedov əsgər və zabitlərimizin qəhrəmanlıq və şücaətindən geniş söhbət açıb, həmçinin mükəmməl Şuşa əməliyyatı haqqında fikirlərini bildiriblər.
Sonda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.