6 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nın açılış mərasimi keçirilib.
Sərgidə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu üçün ayrılmış guşədə elmi-tədqiqat müəssisəsinin sərgiyə təqdim etdiyi 2020-2021-ci illərdə nəşr olunmuş 50-dən çox müxtəlif adda ədəbiyyat: institutun əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türk, fars və ərəbdilli əlyazmaların çap kataloqları, institutda qorunan əlyazmalar əsasında hazırlanan nəşrlər, elmi-tədqiqat işlərinin ən mühüm nəticələrini əks etdirən kitablar, əməkdaşların əsərlərinin dərc olunduğu və müəssisədə çapa hazırlanan elmi jurnallar, konfrans materialları oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Sərgi-Yarmarkada Əlyazmalar İnstitutunda hazırlanan Nizami əsərlərinin nəfis və illüstrativ nəşri, şairin irsinin tədqiqinə həsr olunmuş yeni monoqrafiyalar da sərgi iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, sərgi oktyabrın 10-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.