Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2021 16:55
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın Baş Konfransının 65-ci sessiyasında iştirak edib

AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın Baş Konfransının 65-ci sessiyasında iştirak edib

Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 65-ci sessiyasında iştirak edib.

Avstriyanın paytaxtı Vyana şəhərində təşkil edilən tədbirdə İ.Mustafayev Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində AEBA-nın Texniki Yardım Təşkilatı və qurumun Nüvə Təhlükəsizliyi Departamenti, eləcə də Türkiyə, Pakistan və Argentina nümayəndə heyətləri ilə keçirilən görüşlərdə iştirak edib.

Görüşlərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda həyata keçirilən Ətraf mühitin radiasiya monitorinqi, “qaynar nöqtələrin aşkar edilməsi”, radiasiya texnologiyalarının plastik tullantıların emalında istifadəsi, radiasiya texnologiyalarının kənd təsərrüfatında bitkilərin məhsuldarlığının və ətraf mühitin təsirinə davamlılığının artırılmasında tətbiqi, həmçinin Xəzər dənizinin radiasiya təhlükəsizliyinə aid tədqiqatlar haqqında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: