AMEA-nın Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin seçilməsi ilə əlaqədar iclas keçirilib.
İclasda əvvəlcə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev çıxış edərək elmdə gəncliyin rolundan danışıb, gənclərin daha aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov şuranın fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib.
İclasın sonunda Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssilər Şurasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyənləşib. Səsvermənin nəticəsinə əsasən, fizika üzrə fəlsəfə doktoru Günel İmanova institutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.