Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2021 17:44
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzlə Oksford Universiteti arasında əməkdaşlığa dair növbəti müzakirələr keçirilib

Seysmoloji Mərkəzlə Oksford Universiteti arasında əməkdaşlığa dair növbəti müzakirələr keçirilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi və Böyük Britaniyanın Oksford Universiteti arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair işçi qruplar səviyyəsində növbəti müzakirələr keçirilib.

Onlayn keçirilən iclasda Oksford Universitetinin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşir, RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Oksford Universitetinin professoru Riçard Voalker və Oksford Universitetinin Yer Elmləri Bölməsinin elmi doktoru İan Pierce iştirak ediblər.

Müzakirələr zamanı Oksford Universitetinin nümayəndələri Azərbaycan ərazisi üçün yeni kosmik məlumatlar aldıqlarını bildirərək, həmin məlumatları təqdim ediblər. Qeyd edilib ki, bu ilin noyabrında Oksford Universitetinin nümayəndələrinin Azərbaycana səfəri də nəzərdə tutulur.

İclasda, həmçinin ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr, kadrların təcrübə mübadiləsi və s. mövzularda da fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: