AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin inciləri isveçrəli tarixçi alim, professor Kristof Baumerin (Christoph Baumer) “Qafqaz tarixi: imperiyaların kəsişməsində” (History of the Caucasus at the Crossroads of Empires. Volume 1. London, “I.B. Tauris, London, New York”, 2021. P.386.) adlı kitabında (birinci cild) yer alıb.
Muzeyin Arxeologiya elmi-fond şöbəsi, Etnoqrafiya elmi-fond şöbəsi və Xüsusi fondunda qorunan, müxtəlif tarixi dövrlərdə dəyişən mədəniyyətlərin əyani sübutu kimi eksponatların keyfiyyətli təsvirləri və onların annotasiyası nəşrdə öz əksini tapıb.
Qeyd edək ki, müəllif kitabın hazırlanmasında göstərilən elmi dəstəyə görə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşova və şöbənin əməkdaşı Fuad Ağayevə xüsusi təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.