Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2021 16:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, dönməzdir!” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yığıncağda çıxış edən RPİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev və institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə məlumat veriblər. Bildirilib ki, bu il oktyabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisi Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən “Müstəqillik Günü haqqında” Qanunu qəbul edib və sözügedən Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Daha sonra Azərbaycan Tibb Universitetinin professoru Fəxrəddin Məmmədov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyimizin xronikası, Vətən müharibəsi və Zəfər günü, həmçinin işğaldan azad edilmiş yurd yerlərimizdə aparılan hazırki quruculuq işləri haqqında geniş məlumat verib.

Çıxış tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: