AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə “Açıq qapı” günü keçirilib.
Karantin qaydalarına əməl olunaraq təşkil olunan tədbirdə Azərbaycan Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasının IV kurs tələbələri iştirak ediblər. Fakültənin müəllimi Mehmanə Sadiqin rəhbərliyi ilə tələbələr institutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyaları ilə tanış olublar.
İnstitutun aparıcı elmi işçisi b.ü.f.d. Könül Qafarbəyli, a.e.ü.f.d. dosent Zaman Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev gənclərə sözügedən elmi müəssisənin tarixindən və torpaqşünaslıq elminin əhəmiyyətindən danışıb, tələbələrə tövsiyələr verərək onların suallarını cavablandırıblar.
İnstitutun əməkdaşları Könül Əliyeva və Nuranə Yüzbaşova tərəfindən tələbələrə təcrübə nümunələri göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.