Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.10.2021 15:45
  • A-
  • A
  • A+

MEK-ə tarix, etnoqrafiya və folklorşünaslığa dair nəşrlər daxil olub

MEK-ə tarix, etnoqrafiya və folklorşünaslığa dair nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların diqqətini çəkəcək nəşrlər daxil olub.

Akademik Möhsün Nağısoylunun müəllifi olduğu ““Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” (2021) adlı kitabında ana abidəmiz “Kitabi-Dədə Qorqud”un yeni aşkara çıxarılmış Günbəd əlyazmasının tekstoloji-filoloji araşdırması, tənqidi mətni və sözlüyü yer alıb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Qəbələ keçmişdə və günümüzdə” (2021) adlı əsəri “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” işığında müəllifin təəssüratlarını, qənaət, fikir və ideyalarını ehtiva edir. Üç fəsildən ibarət olan bu monoqrafiya təkcə mütəxəssislərin deyil, eləcə də etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucuların da diqqətini çəkəcək.

Dilara Ağamusa Nağıyeva-Muxtarovanın “Hər tamaşa isə bir ömür...” (2021) adlı növbəti 8-ci kitabı xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş silsilə nəşrlərdəndir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda xeyriyyəçiliyinin sədası qonşu dövlətlərdən gələn Bakı milyonçusu A.M.Nağıyevin xalqın gələcəyi üçün misilsiz xidmətlərindən bəhs edilir, mesenatın fəaliyyətində indiyədək görünməyən səhifələr açıqlanır. Kitabda Dilarə xanımın elegiyaları da yer alıb.

Həmçinin beynəlxalq elmi konfransın materiallarını özündə cəmləşdirən, rus və Azərbaycan dillərində “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” adlı toplu da daxil olan nəşrlər sırasında öz əhəmiyyəti ilə seçilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: