AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Abidələrin hürriyyəti” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan şuranın sədri, t.ü.f.d. Sevinc Nəsirova tədbirin əhəmiyyəti barədə məlumat verib.
Həmçinin S.Nəsirova vaxtilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni irsin dağıdılması və saxtalaşdırılması haqqında Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tərəfindən hazırlanmış Bəyanatın əhəmiyyətindən də bəhs edib.
Daha sonra muzey əməkdaşları, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olunmuş, hürriyyətə qovuşmuş tarixi maddi-mədəniyyət abidələrimiz haqqında geniş məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.