Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2021 12:08
  • A-
  • A
  • A+

Professor Fuad Hacızadə “Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda məruzə edib

Professor Fuad Hacızadə “Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda məruzə edib

Naxçıvan Dövlət Universitetində (NDU) “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil edilib.

Tədbiri giriş sözü ilə açan NDU-nun rektoru Elbrus İsayev elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurətindən danışıb. 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun professoru, texnika elmlər doktoru, Fuad Hacızadə tədbirdə “Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda məruzə edərək uzaqdan aerokosmik, həmçinin hava üsulları və kosmik metodlar haqqında geniş  məlumat verib.

Konfransın işində AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının, Fizika İnstitutunun, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Gəncə Dövlət Universitetinin əməkdaşları elmi mövzularla çıxış ediblər.

Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələrin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: