Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.11.2021 16:46
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Sankt-Peterburq Dövlət Universitetinin İslam Tədqiqatları Mərkəzinin direktoru ilə görüşüb

Akademik Rafael Hüseynov Sankt-Peterburq Dövlət Universitetinin İslam Tədqiqatları Mərkəzinin direktoru ilə görüşüb

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Sankt-Peterburq Dövlət Universitetinin İslam Tədqiqatları Mərkəzinin direktoru Damir Muxetdinov Azərbaycana səfəri çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovla görüşüb.

Görüşdə Azərbaycan və Rusiya arasında elm və mədəniyyət sahələrində birgə praktik layihələrin işlənməsi məsələləri müzakirə edilib.

Əvvəlcə Rafael Hüseynov qonağa muzeyin yaranması və inkişaf tarixi, burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, muzeydə iki istiqamət üzrə iş aparılır: “Bu mədəniyyət ocağı həm muzey kimi fəaliyyət göstərir, həm də burada muzeyşünaslıq, klassik və müasir ədəbiyyatşünaslıq və mədəniyyətşünaslığın müxtəlif istiqamətlərində elmi tədqiqatlar aparılır”.

Akademik R.Hüseyov muzeyin filiallarından biri kimi fəaliyyət göstərən Sergey Yesenin adına Rusiya-Azərbaycan Ədəbi Əlaqələri Mərkəzi haqqında da danışıb.

Damir Muxetdinov öz növbəsində bu il Azərbaycanda qeyd olunan “Nizami İli” çərçivəsində Nizami Muzeyində görüşün keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Müxtəlif xalqların yaradıcılığını özündə ehtiva edən Rusiya mədəniyyət həyatında dahi Nizami və onunla əlaqəli əlamətdar tarixlərin xüsusi yer tutduğunu deyən qonaq bildirib ki, təkcə İkinci Dünya Müharibəsi zamanı blokada şəraitində olan Sankt-Peterburqda yerli alimlərin təşəbbüsü ilə Nizaminin 800 illik yubileyinin keçirilməsini qeyd etmək kifayət edir.

Sonda yaxın zamanlarda elmi-praktik və akademik əməkdaşlıq haqqında qarşılıqlı memorandumun imzalanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: