Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.11.2021 16:01
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun bir sıra şöbələri hesabat verib

Neft və Qaz İnstitutunun bir sıra şöbələri hesabat verib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasa sədrlik edən institutun icraçı direktoru, prof. Vaqif Qurbanov tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Gündəlikdə duran birinci məsələ üzrə Neftli-qazlı hövzələrin analizi və Neftli-qazlı komplekslərin litologiyası şöbələrinin hesabatını f.-r.e.d. Ədalət Həsənov təqdim edib. O, institutun elmi-tematik planına uyğun olaraq, şöbələrdə yerinə yetirilən tədqiqat işlərinin nəticələri, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq əlaqələr, elm və təhsilin inteqrasiyası və əməkdaşların tədbirlərdə iştirakı haqqında məlumatı diqqətə çatdırıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatı isə şöbənin müdiri Könül Abbasova təqdim edib.

Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: