Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2021 10:08
  • A-
  • A
  • A+

Oksford Universitetinin əməkdaşı Şirvan şəhəri ətrafındakı palçıq vulkanlarının yerləşdiyi əraziyə səfər edib

Oksford Universitetinin əməkdaşı Şirvan şəhəri ətrafındakı palçıq vulkanlarının yerləşdiyi əraziyə səfər edib

Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşı İan Pierce AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ilə birlikdə Şirvan şəhəri və ətrafında olan aktiv qırılma zonalarına, eləcə də palçıq vulkanlarının yerləşdiyi ərazilərə səfər edib. Oksford Universitetinin nümayəndəsinin səfəri tanışlıq məqsədi daşıyır.

Qeyd edək ki, Oksford Universitetinin əməkdaşları Azərbaycandakı qırılmalar zonasında AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan institut və elmi təşkilatlarla birlikdə elmi tədqiqatlar aparmaq niyyətindədir və gələn ilin aprel ayında onların ölkəmizə növbəti səfəri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: