Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.12.2021 17:52
  • A-
  • A
  • A+

Tarix Muzeyində şəhid Rövşən Camalova aid sənədlər qorunur

Tarix Muzeyində şəhid Rövşən Camalova aid sənədlər qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda şəhid Rövşən Camalova aid materiallar qorunur.

Rövşən Camalov 1973-cü ildə Ağdam rayonunda anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbində təhsil alıb. O, təhsilini yarımçıq qoyaraq, doğma vətənin müdafiəsi üçün yağı düşmənə qarşı döyüşlərdə iştirak edib. O, 1993-cü il dekabrın 31-də Ağdamın Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Rövşən Camalov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib (ölümündən sonra).

Qeyd edək ki, muzeyin şöbə müdiri, dosent Gülzadə Abdulova şəhid Rövşən Camalov haqqında hazırlanacaq kitab üçün onun döyüş yoldaşları ilə görüşüb, şəhidin döyüş yolu barədə məlumatlar əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: