Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.12.2021 10:59
  • A-
  • A
  • A+

AFAD və Seysmoloji Mərkəz arasında birgə işlərin həyata keçirilməsinə dair növbəti müzakirələr keçirilib

AFAD və Seysmoloji Mərkəz arasında birgə işlərin həyata keçirilməsinə dair növbəti müzakirələr keçirilib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu və Zəlzələ Departamentinin şöbə müdiri Vedat Özsaraç dekabrın 2-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində AFAD və Mərkəz arasında zəlzələlərin tədqiqatı sahəsində birgə həyata keçirilməsi nəzərdə tutulan işlərə dair növbəti dəfə görüşüblər.

AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu hazırda qardaş Türkiyədə zəlzələlərin öyrənilməsi sahəsində aparılan işlər və bu sahədə Azərbaycana göstərmək istədikləri dəstək barədə danışıb.

Müzakirələrin nəticəsi olaraq tərəflər əməkdaşlığın çərçivələrinin dəqiqləşdirilməsi və bu istiqamətdə konkret addımların atılması haqqında razılıq əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: