Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.08.2024 09:34
  • A-
  • A
  • A+

Aerokosmik İnformatika İnstitutunun əməkdaşları Mərkəzi Elmi Kitabxana ilə tanış olublar

Aerokosmik İnformatika İnstitutunun əməkdaşları Mərkəzi Elmi Kitabxana ilə tanış olublar

Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru Prezident təqaüdçüsü, Əməkdar müəllim, texnika elmləri doktoru, professor Elçin İsgəndərzadənin rəhbərliyi ilə institutun bir qrup əməkdaşı  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Qonaqlar MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın müşayiəti ilə kitabxananın ayrı-ayrı zallarını və şöbələrini gəzib, zəngin fondu haqqında geniş məlumat əldə ediblər.

Sonda dəyirmi masa ətrafında keçirilən görüşdə ziyarətçilər ölkəmizin bu elm məbədində yaradılmış ali mühitdən məmnunluqlarını ifadə ediblər. Kitabxana işi ilə əlaqəli maraqlı fikirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: