Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.12.2021 17:24
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Memarlıq və İncəsənət İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda YAP-ın  ilk Ərazi partiya təşkilatının hesabat iclası keçirilib.

İclasda Yasamal rayon YAP təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək ərazidə fəaliyyət göstərən YAP təşkilatlarının işindən bəhs edib.

Sonra sözü institutun icraçı direktoru, müəssisənin YAP sədri Xəzər Zeynalova verib. X.Zeynalov qeyd edib ki, institutda sözügedən təşkilat 2016-cı il fevralın 17-dən bəri fəaliyyət göstərir. Hazırda təşkilatın 22 üzvü vardır ki, onlardan 5 nəfəri gənclərdir. İnstitutda fəaliyyət göstərən digər 4 təşkilatın sədrləri bu partiyanın üzvüdür. Pandemiya ilə əlaqədar olaraq il ərzində keçirilən 14 iclas onlayn şəkildə baş tutub.

Daha sonra institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə institutun YAP ilk Ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Professor Ə.Salamzadə bildirib ki, X.Zeynalovun bir lider kimi siyasi partiya işlərinin yerinə yetirilməsi istiqamətindəki səmərəli fəaliyyəti və bugünkü hesabatı qənaətbəxşdir.

Sonda institut YAP təşkilatının sədri vəzifəsinə yenidən Xəzər Zeynalov, sədr müavini isə institutun şöbə müdiri, Qadınlar şurasının sədri Rahibə Əliyeva seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: