Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2021 11:02
  • A-
  • A
  • A+

Folklor İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Folklor İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

AMEA-nın Folklor İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib.

Toplantıda Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva və Folklor İnstitutunun ilk Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Onlayn formatda keçirilən iclası  YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva açıb. O, partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən bəhs edib, eləcə də nizamnamədəki bəzi dəyişikliklərlə bağlı məlumat verib.

Daha sonra hesabat üçün söz YAP-ın Folklor İnstitutunda Ərazi partiya təşkilatının sədri, institutun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Nübar Həkimovaya verilib.

Nübar Həkimova YAP-ın Folklor İnstitutunda Ərazi partiya təşkilatının ötən 4 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, qeyd olunan dövrdə 20 Yanvar şəhidlərinin anım günlərinin, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlərin, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Elm günü, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubiley yığıncaqlarının keçirildiyini, eləcə də partiyanın fəal üzvlərinin respublika və beynəlxalq konfranslarda iştirak etdiklərini vurğulayıb. N.Həkimova pandemiya dövründə də ölkə Prezidentinin Sərəncamı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubiley tədbirləri çərçivəsində konfransın, Novruz Bayramı, 8 Noyabr - Zəfər Günü ilə bağlı bir sıra tədbirlərin onlayn formatda həyata keçirildiyini diqqətə çatdırıb. 

YAP Yasamal rayon təşkilatının baş məsləhətçisi Elnarə Mustafayeva Folklor İnstitutunun əməkdaşlarının partiyaya üzv olduqları gündən bəri fəallıqları ilə seçildiklərini qeyd edib və YAP-ın  bütün tədbirlərində onların aktiv iştirak etdiklərini vurğulayıb.

Daha sonra Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyasının cəmiyyətin həyatındakı önəmindən bəhs edib. Akademik bildirib ki, biz bütün bölgələrdə və təşkilatlarda YAP xətti ilə addımlarımızı Ulu Öndərin qoyduğu və Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi kursa uyğun atmalıyıq. O, çıxışının sonunda gələcək əlaqələrin onlayn formatda da olsa sıx olmasının vacibliyinə toxunub və təşkilatın işinə uğurlar arzulayıb.

Sonda YAP-ın Folklor İnstitutunda ilk Ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səmərəli fəaliyyətləri nəzərə alınaraq, Ərazi partiya təşkilatına sədrlik filologiya elmləri doktoru Nübar Həkimovaya, müavinlik isə Nigar İmaməliyevaya həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: