Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.12.2021 14:05
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Əzizə Cəfərzadə - 100” adlı sərgi təşkil edilib

Mərkəzi Elmi Kitabxanada “Əzizə Cəfərzadə - 100” adlı sərgi təşkil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli pedaqoq, Xalq yazıçısı, “Şöhrət” ordenli Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr olunan sərgi oxuculara təqdim edilir.

Burada görkəmli ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadənin zəngin yaradıcılığını özündə əks etdirən nəşrlər sərgilənir. Yazıçının 12 cildlik “Natəvan haqqında hekayələr”i ilə başlayan “Seçilmiş əsərləri”ndə (2021) “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz...” və başqa povestləri, eləcə də ilk dəfə nəşr edilən qırx hekayəsi yer alıb. 3 hissədən ibarət olan “Bakı-1501” (2015), “Bəla” (2016) tarixi romanları, “Azərbaycan qadın şairləri antologiyası” (2005),  “Zərintac-Tahirə” (1996) romanı, ““Gülüstan”dan öncə” tarixi romanı və digər maraq doğuracaq nəşrlər sərgidə yer alıb.

2022-ci il yanvarın 15-nə kimi davam edəcək sərgidə yazıçının 35-dən artıq nəşrləri, onun haqqında yazılmış məqalələr, qəzet və jurnal materialları Azərbaycan və rus dillərində nümayiş etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: